Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 12 706,44 min dollar dəyərində 5 062,73 ton canlı iribuynuzlu mal-qara ixrac edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 3 397,61 min dollar və ya 36,4% artıb, həcmi isə 250,33 ton və ya 4,7% azalıb. Belə ki, ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 9 308,83 min dollar dəyərində 5 313,06 ton canlı iribuynuzlu mal-qara ixrac edib.