Rusiya bu il Azərbaycana 109 min ton şəkər ixrac edib, bu da illik ifadədə 54,5 dəfə çoxdur.
“APA-Economics”in Rusiya mətbuatına istinadın verdiyi məlumata görə, ötən ilin yanvar-iyun ayları ərzində Rusiya Azərbaycana 2 min ton şəkər ixrac edib.
Məlumata əsasən, ixracatın artması şəkər çuğundurunun yüksək məhsuldarlığı ilə əlaqədardır.
Rusiya Statistika İdarəsinin məlumatına əsasən, 2019-cu ildə çuğundur yığımı 2018-ci ilin göstəricisi ilə müqayisədə 29% artaraq 54,3 mln. ton təşkil edib.
Məlumatda qeyd edilir ki, 2019-2020 mövsümündə şəkər ixracı dörd dəfədən çox artırmaqla, Rusiya Federasiyası dünyada şəkər tədarükçülərinin ilk onluğuna daxil olub. Bildirək ki, indiyə qədər Rusiya bu məhsulun ən böyük ixracatçıları siyahısında olmayıb.