Bank Of Baku

Rusiyada qarabaşaq son həftə ərzində 2,8% bahalaşıb

Rusiyada qarabaşaq son həftə ərzində 2,8% bahalaşıb
# 15 aprel 2020 17:30 (UTC +04:00)

Rusiyada son bir həftə ərzində qarabaşaq yarmasının qiyməti 2,8% artıb, qənd isə 2,1% bahalaşıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatında deyilir.

"7-13 aprel tarixləri arasında ərzaq məhsulları arasında ən çox qarabaşaq yarması bahalaşıb – 2,8%. Bahalaşma Rusiyanın 80 bölgəsində qeydə alınıb ki, onlardan 15-də qiymət artımı 5% və ya daha çox təşkil edib", - qurumun məlumatında deyilir.

Dövlət Xidməti həmçinin qənd və şəkər tozunun qiymətlərinin 2,1% artmasını qeyd edib. Rusiya Federasiyasının 15 subyektində isə bahalaşma 3,5% və ya daha olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR