Gələn ildən etibarən Azərbaycanda fermer kooperativləri ilə bağlı yeni subsidiya sistemi tətbiq olunacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, 50 hektardan yuxarı torpağı olan kooperativlərə əkin subsidiyasına 10% əlavə vəsait veriləcək.
"Məntiq ondan ibarətdir ki, fermerlər birləşərək istehsal xərclərini aşağı salsınlar. Eyni zamanda birgə fəaliyyət nəticəsində onların maliyyə imkanları genişlənəcək ki, bu da məhsuldarlığa müsbət təsir göstərəcək", - deyə M. Əliyev qeyd edib.