Kənd təsərrüfatı sahəsində mövcud və proqnozlaşdırılan zərərlərin siyahısı hazırlanacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə 2019-2020-ci illərdə kənd təsərrüfatı sığortası sahəsində tariflərin düzgün müəyyənləşdirilməsi və risklərin düzgün idarə edilməsi məqsədilə kənd təsərrüfatı sahəsində mövcud və proqnozlaşdırılan zərərlərin siyahısının hazırlanması tapşırılıb.