Bakıda Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək

Bakıda Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək
# 14 may 2019 13:34 (UTC +04:00)

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan”) çərçivəsində mayın 17-də II Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı təşkil olunacaq.

Sərginin təşkilatçı şirkəti olan "Caspian Event Organisers"dən ONA-ya verilən məlumata görə, konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunacaq.

Konfransda “Codex Alimentarius standartları: Yerli qanunvericilik və beynəlxalq harmonizasiya”, “Risklərə əsaslanan idxal qaydaları”, “HACPP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri”, “Qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi” kimi mövzular müzakirə ediləcək.

Qeyd edək ki, “WorldFood Azerbaijan” sərgisi 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR