Bakı. Gülnar Bəşirova - APA. Yayıldığı vaxtdan bu günə kimi "Nodulyar dermatit" virusu 3000 başa yaxın heyvanda qeydə alınıb.
Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
O bildirib ki, xəstəlik 28 rayonu əhatə edib: “2500 başdan artıq heyvan müalicə olunub. 400 baş heyvan isə hazırda müalicə olunur. 40 başa yaxın heyvan bu xəstəlikdən tələf olub”.
Y.Xanvəli onu da əlavə edib ki, təxminən 1 aydan çoxdur bu xəstəlik Masallıda yayılıb: “Orada 28 baş heyvan bu xəstəliyə yoluxub. Bu xəstəliklə yanaşı gedən digər xəstəliklərin nəticəsində isə 4 baş heyvan tələf olub”.