Bakı. Aynur Əliyeva - APA-Economics. “Aqrolizinq” ASC bütün əməliyyatlarını elektron-uçot sisteminə keçirib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Aqrolizinq” xüsusi proqram təminatı hazırlayıb və elektron məlumat bazası yaradıb.
Ötən ilin noyabrın 1-dən ASC kənd təsərrüfatı texnikalarının güzəştli şərtlərlə əldə olunması ilə əlaqədar elektron müraciətlərin qəbuluna başlayıb.