Bank Of Baku

“Azərsun Holdinq” rəsm festivalına baş sponsorluq edib

“Azərsun Holdinq” rəsm festivalına baş sponsorluq edib
# 09 iyun 2014 11:26 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərsun Holdinq”in sponsorluğu ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Saf rənglər” adlı II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı keçirilib.

 

APA-Economics”in xəbərinə görə, akademiya və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə reallaşdırılan layihədə ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı Fransa, Fələstin, Koreya, İordaniya, Belarus, Misir, Mərakeş  və bir çox ölkələrdən uşaqların əl işləri də bu möhtəşəm yaradıcılıq festivalında nümayiş olunub.

 

Müsabiqəyə uşaq və yeniyetmələrin təsviri sənətin bütün janrları üzrə  yaratdıqları müxtəlif ölçülü əl işləri təqdim olunub və onların arasından ən yaxşıları seçilərək mükafatlandırılıb.

 

Tədbirdə iştirak edən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiri Afiq Səfərov çıxışı zamanı təmsil etdiyi şirkətin bu cür layihələrə həmişə dəstək verdiyini bildirib və gələcəkdə gənc rəssamlarımızın əsərlərinin başqa ölkələrdə sərgilənəcəyinə də inandığını söyləyib.

 

Qeyd edək ki, festival 23 may-5 iyun tarixlərində keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR