Bank Of Baku

“Baltika-Bakı” məhsullarının qiymətlərində heç bir dəyişiklik etməyib

“Baltika-Bakı” məhsullarının qiymətlərində heç bir dəyişiklik etməyib
# 27 fevral 2015 07:29 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda müşahidə olunan məzənnə dəyişiklikləri fonunda “Baltika-Bakı”nın məhsullarının satış qiymətlərinin artırılması xəbərləri həqiqətə uyğun deyil.

 

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

 

Şirkət öz məhsullarının buraxılış qiymətini əvvəlki səviyyədə qoruyur. Hal-hazırda şirkətin satış nümayəndələri tərəfindən mütəmadi olaraq pərakəndə satış nöqtələrinin monitorinqi həyata keçirilir və özbaşına qiymət artımının qabağı alınır.

 

Xırdalan şəhərində yerləşən “Baltika-Bakı” pivəbişirmə zavodu Azərbaycanın ən iri həcmli pivə istehsalçısı hesab edilir. “Baltika-Bakı” azərbaycanlı istehsalçılarına Xırdalan®, Tuborg®, Baltika 7®, Baltika 9®, Baltika Kuler® kimi brendləri təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR