Bank Of Baku

ADİU-da “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda konfrans keçirilib - FOTO

ADİU-da “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda konfrans keçirilib  - <span style="color: red;">FOTO
# 30 aprel 2015 09:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

                     

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Fəxri xiyabanı ziyarətlə başlayıb. Konfrans iştirakçıları Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə çiçək qoyublar.

 

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Qeyd edib ki, onun bilavasitə rəhbərliyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə öz müsbət nəticəsini göstərib.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Heydər Əliyevin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatlardan danışıb.

 

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov prezident İlham Əliyevin 2003-cü ildən bugünədək respublikanın aqrar bölməsinin inkişafı üçün müəyyən etdiyi dövlət siyasətindən söhbət açıb.

 

Tədbirdə professor Ə.Muradov “Kənd təsərrüfatı ili” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ADİU-nun Qida məhsulları texnologiyası və Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedraları nəzdində laboratoriyaların yaradılmasını təklif edib.

 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan ADİU-nun müəllim və tələbələrinə üzvlük bileti təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR