Bank Of Baku

“Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb

“Kənd təsərrüfatının  kooperasiyası haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb
# 18 dekabr 2015 15:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, layihə barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. O bildirib ki, sənəd Azərbaycan prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə  daxil olub: “Prezident tərəfindən  son illərdə  kənd  təsərrüfatı  sahəsi ilə bağlı imzalanan  fərman  və  sərəncamlar, bu sahədə əmək məhsuldarlığının, bitkiçilik  və heyvandarlığın  inkişafına xidmət  edən  dövlət  proqramlarının qəbulu   qanunun məqsəd və vəzifələri ilə üst-üstə düşür. Sənəd kənd  təsərrüfatında kooperasiya hərəkatını gücləndirməyi, kooperativlərin yaranması və fəaliyyətinə  aid  münasibətləri  tənzimləyəcək. Bunun  üçün ölkəmizdə  kifayət  qədər   geniş imkanlar  var”.

 

Qanun layihəsi 5 fəsil 15 maddədən ibarətdir.  Layihə səsə qoyularaq ilk oxunuşda qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR