Bank Of Baku

"Aqrolizinq"in iki filialının fəaliyyətində nöqsanlar aşkarlanıb

"Aqrolizinq"in iki filialının fəaliyyətində nöqsanlar aşkarlanıb
# 29 iyun 2015 06:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə  əsasən “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə "Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.

 

Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR