Bank Of Baku

"Azərçay"ın dəstəyi ilə Beynəlxalq çay festivalı baş tutub

"Azərçay"ın dəstəyi ilə Beynəlxalq çay festivalı baş tutub
# 21 oktyabr 2015 08:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 20 oktyabr - Beynəlxalq Kulinariya günü münasibəti ilə Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Beynəlxalq çay festivalı təşkil olunub.

 

“Azərsun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan çayının şöhrəti dünyaya yayan, üzərində "Made in Azerbaijan" yazılan və artıq beynəlxalq brendə çevrilən "Azerçay"ın sponsorluğu ilə baş tutan tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən Yaponiya, Türkiyə, Çin, İran, Hindistan, Tacikistan və s. hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.

 

Tədbirdə çıxış edən "Azərçay" marka nümayəndələri Azərbaycanın qədim çay ənənələrindən, ildən ilə Azərbaycanın cənub bölgəsində artırılan çay sahələrindən və bu istiqamətdə “Azərsun Holdinq” şirkətinin yerli fermerlərin dəstəklənməsindən, eyni zamanda "Doğma çay"ımızın beynəlxalq arenada qazandığı uğurlardan bəhs edib.

 

Dünyaca məşhur “duty free” şəbəkəsi olan “Hayneman” şirkəti vasitəsi ilə "Azerçay"ın artıq dünyanın 50-dən çox hava limanlarında satıldığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR