Bank Of Baku

"Azersun Holding" bu il ərzində bir sıra yeni müəssisə açacaq

"Azersun Holding" bu il ərzində bir sıra yeni müəssisə açacaq
# 08 iyun 2015 11:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azersun Holding" ölkənin qeyri-neft sektorunun inkişafında əsas rol oynayır və kənd təsərrüfatına olduqca böyük əhəmiyyət verir.

 

APA-Economics”in məlumatına görə, bunu holdinqin baş direktoru Savaş Uzan bildirib.

 

Onun sözlərinə görə, holdinq 2015-ci ilə böyük planlarla daxil olub: "Biz yaxın zamanlarda İmişli rayonunda heyvan yemi istehsal edən zavodu istifadəyə verəcəyik. Bu zavodun illik istehsal gücü 99 min ton olacaq və hazırda fəaliyyət göstərən müəssisədən 2 dəfə artıq məhsul istehsal edəcək".

 

S. Uzan bildirib ki, holdinq həmçinin bu il Şamaxı və Masallı rayonlarında böyük sayda mal-qaranın artırılması ilə bağlı müəssisənin yaradılmasına başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR