Bakı - APA-Economics. "Neon" firması regionun un və un məmulatları istehsalı üzrə demək olar ki, iri müəssisələrindən biridir. Hazırda müəssisəmizin tərkibinə gündəlik istehsal gücü 15 ton olan çörək və 15 ton olan makaron istehsalı zavodları, tutumu 15 min ton olan 2 taxıl saxlama və gündəlik emal gücü 150 ton olan un dəyirmanı kompleksləri və qablaşdırma sahəsi daxildir".
"APA-Economics" xəbər verir ki, bu barədə "Neon" firmasının baş direktoru Arif Həsənov bildirib.
Onun sözlərinə görə, bu zavodlarda hazırlanan məhsullar yerli istehsalın ödənilməsi ilə yanaşı, ixrac da olunur: "Hazırda məhsullarımızın əsas ixrac olunduğu ölkələr İran və Gürcüstan olsa da, bu ildən artıq Türkmənistan və digər MDB ölkələrinə də məhsullarımızı ixrac edəcəyik".
A. Həsənov qeyd edib ki, hazırda müəssisədə 150 nəfərdən çox işçi çalışır.