Bank Of Baku

ASK Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığı genişləndirir

ASK Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığı genişləndirir
# 25 iyun 2014 13:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru Dmitrina Dimitrova ilə görüşüb.

 

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə M. Musayev bildirib ki, həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb: “Əlverişli biznes və investisiya mühitinin formalaşmasının real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Son illərdə Azərbaycanda yeni iş yerləri açılıb, sahibkarlara dövlət qayğısı artıb, əhalinin maddi rifah halı xeyli yaxşılaşıb”.

 

ASK rəhbəri həmçinin ölkəmizdə gənclərin məşğulluğu istiqamətində görülən işlərdən də söhbət açıb.

 

D. Dimitrova Azərbaycanın sürətli inkişafını və müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib. Gənclərlə bağlı layihələrin həyata keçirilməsinin vacibliyinə toxunan BƏT nümayəndəsi gələcəkdə bu sahədə birgə əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu dilə gətirib.

 

O, həmçinin hər iki beynəlxalq qurum arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. ASK ilə əməkdaşlıq əlaqələrindən razı qaldığını dilə gətirən D. Dimitrova, bu əlaqələrin gələcəkdə daha da inkişafına zərurət yarandığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR