Bank Of Baku

Azərbaycan digər ölkələrdə də logistik mərkəzlər yaratmaq niyyətindədir

Azərbaycan digər ölkələrdə də logistik mərkəzlər yaratmaq niyyətindədir
# 11 iyul 2014 13:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanılıb. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması nəzərdə tutulur.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.

 

Ş.Mustafayev əlavə edib ki, Bakı və Abşeronda da 3 logistik mərkəz yaradılacaq: “Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində “fermer mağazaları” da fəaliyyət göstərəcək 1 “yaşıl market” kompleksinin layihələri razılaşdırılıb, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilib və bu ilin sonuna kimi istifadəyə veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR