Bank Of Baku

Azərbaycan əhalisinin quş ətinə olan tələbatını tamamilə yerli istehsal hesabına təmin etmək niyyətindədir

Azərbaycan əhalisinin quş ətinə olan tələbatını tamamilə yerli istehsal hesabına təmin etmək niyyətindədir
# 18 yanvar 2016 09:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün tədbirlər barədə təkliflər hazırlamaq məqsədilə İqtisadiyyat Nazirliyində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüş keçirilib, bu sahənin inkişafı perspektivləri müzakirə edilib.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Quşçular Cəmiyyətinin və 10-dan artıq quşçuluq təsərrüfatının nümayəndələrinin iştirak etdiyi görüşdə quşçuluğun inkişafı, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və bu sahədə ixrac potensialının artırılması, sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb.

 

Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - yem əlavələri, baytarlıq preparatları və vaksinləri, məhsulların satış şərtləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması barədə təkliflərini bildiriblər.

 

Tədbirdə səsləndirilən təkliflər diqqətlə öyrəniləcək, həyata keçirilməsi imkanları araşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR