Bakı. Pərviz Nuriyev – APA-Economics. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 1 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olan sənədlərə baxaraq 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul edilib.
Kənd Təsərrüfatı nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılan subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi saytının (www.agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdirilib.
İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək, eləcə də ayrılan dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını artırmaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı nazirliyin qaynar xəttinə (1652) bildirmələri yaxud [email protected] elektron poçtuna ünvanlanmaları xahiş olunub.