Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Gürcüstanda səfərdədir

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Gürcüstanda səfərdədir
# 14 avqust 2014 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər Azərbaycan və Gürcüstanın Kənd  Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq çərçıvəsində baş tutub.

 

Bu əməkdaşlıq çərçivəsində Samux  rayonundakı M. F. Axundov adına Dövlət  Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin inkişafı üçün pilot layihəsinin hazırlanması və Gürcüstanın Kənd Təsərrüfatı Kooperativlərinin İnkişafı  üzrə Agentliyinin və Kənd  Təsərrüfatı Layihələrinin İdarəedilməsi üzrə Agentliyinin iş təcrübəsinin öyrənilməsi nəzərdə tutulur. Həmçinin səfər “Gürcüstanda istehsal” Proqramının öyrənilməsi məqsədi daşıyır.

 

Bu gün nümayəndə heyətinin Gürcüstanın kənd təsərrüfatı naziri ilə görüşü nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR