Bank Of Baku

Azərbaycan prezidenti FAO-nun baş direktoru ilə görüşüb

Azərbaycan prezidenti FAO-nun baş direktoru ilə görüşüb
# 15 iyul 2014 16:28 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb.

 
APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışılıb. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olunub.

 

Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, daha sonra təşkilatın muzeyində olub, FAO-nun televiziyasına müsahibə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR