Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn il Türkiyədə «Avrasiya əkinçilik – 2014» beynəlxalq kənd təsərrüfatı və kənd mexanizmləri sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi yanvarın 20-23-də İstanbulda təşkil olunacaq.
Sərgidə iştirak edəcək xarici şirkətlərin nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Sərgidə iştirak etmək istəyənlər Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.