Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Türkiyədən 80 baş “Holstein” cinsindən olan damazlıq alacaq. Artıq məsələ ilə bağlı Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə razılıq əldə olunub. “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 80 baş düyəni Türkiyənin Damazlıq və Heyvandarlıq Mərkəz Birliyi ixrac edəcək.
“Bu cinsdən olan heyvanların ilk ixracatı keçən ilin oktyabr ayında Türkmənistana həyata keçirilib. İkinci ixracat isə Azərbaycana olunur”, - deyə qurumdan bildirilib.
80 baş “Holstein” cinsindən olan damazlıq düyə bu ilin may ayının sonuna qədər ölkəyə gətiriləcək. Düyələr Azərbaycanda südlük istiqamətli heyvandarlığın inkişaf etdirilməsi layihəsi çərçivəsində ölkəyə tədarük edilir.
Qurumdan bildirilib ki, bu heyvanlar 40 aztəminatlı ailəyə veriləcək.
Qeyd edək ki, 2018-ci ilin sonuna qədər Azərbaycan Türkiyədən 6 damazlıq düyə almağı nəzərdə tutub.