Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Türkiyədən kiçik buynuzlu heyvanlar alıb. «APA-Economics»in məlumatına görə, Türkiyənin İzmir Damazlıq Qoyun-Keçi Yetişdiriciləri Birliyi ilk dəfə Azərbaycana 100 baş damazlıq «Saanen» keçiləri ixrac edib.
Qeyd edək ki, «Saanen» cinsi dünyada ən bol süd verən heyvanlar kimi tanınır. Laktasiyada (365 gün) sağım 1 200-1 400 kq təşkil edir.
Bu cinsdən olan keçinin orta çəkisi 65 kq təşkil edir.