Bank Of Baku

Azərbaycan və Türkiyə Avrasiya Kənd Təsərrüfatı Şurasının yaradılması təklifini irəli sürüb - FOTO

Azərbaycan və Türkiyə Avrasiya Kənd Təsərrüfatı Şurasının yaradılması təklifini irəli sürüb - <span style="color: red;">FOTO
# 17 aprel 2014 13:30 (UTC +04:00)

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə ASK-nın prezidenti Məmməd Musayev və Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyası sədri Hakan Yüksel imza atıblar.

 

Tərəflərin müqavilənin imzalamaqda əsas məqsəd hər iki ölkənin iş adamlarının müntəzəm forumlarda iştirakının təşkil edilməsini təmin etməklə ikitərəfli iqtisadi əlaqələri davam etdirmək, kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın müvafiq sahələrində əməkdaşlıq imkanlarını öyrənmək, müzakirə etmək və reallaşdırmaqdır.

 

Görüşdə razılığa gəlinib ki, kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın digər müvafiq sahələri üzrə birgə fəaliyyətini Avrasiya dövlətlərində genişləndirmək məqsədilə, tərəflər hər iki təşkilatdan bir həmsədr olmaq şərti ilə “Avrasiya Kənd Təsərrüfatı Şurası”na (AKTŞ)” adlı beynəlxalq təşkilat yaratsınlar.

 

H.Yüksel ASK-nın rəhbərliyi daxil olmaqla, azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyətinin bu ilin noyabrın 26-30-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək 80 ölkədən 3 000-dən artıq özəl sektoru nümayəndələrin qatılacağı “II Beynəlxalq Əkinçilik və Qida Konqresi” nə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR