Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda 1 926 778 ton taxıl istehsal olunub.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bundan 1 239 186 tonunu buğda təşkil edir.
Hər hektardan məhsuldarlıq isə 23,7 sentner olub.
Ölkədə payızlıq, yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 2014-cü ilin məhsulu üçün biçiləcək 961 016 hektar sahənin 852,997 hektarı (88,8%) biçilib.