Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6%, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2% bahalaşıb.
“APA-Economics”ə Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2%, xiyarın 0,6%, yerkökünün istehsalçı qiymətləri 0,5% ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 4,1%, arpa 0,2%, kartof 0,7%, kələm 0,2%, bibər 0,9%, göyərti 3,0%, badımcan 32,6%, pomidor 8,5%, balqabaq 12,5%, baş sarımsaq 8,4%, baş soğanın istehsalçı qiymətləri isə 1,0% bahalaşıb.
Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6%, xurma 1,1%, narın istehsalçı qiymətləri 20,5% bahalaşıb, limonun istehsalçı qiymətləri 0,4%, alma 9,4%, armud 4,1%, zoğalın istehsalçı qiymətləri 9,4% ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7%, təbii balın istehsalçı qiymətləri 1,9% ucuzlaşıb, südün istehsalçı qiymətləri 2,8%, yumurta 8,1%, quş əti (diri çəkidə) 8,8%, inəyin istehsalçı qiymətləri isə 3,7% bahalaşıb.