Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanın hər bir regionunda əkinə yararlı torpaqların zəbt olunması halları müşahidə edilir.
APA-nın xəbərinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, hər bir rayonda xeyli sayda belə hallar var.
Onun sözlərinə görə, bu il ərzində əkinə yararlı torpaqların zəbt olunması ilə bağlı 6 min manata yaxın cərimə tətbiq olunub: “Prezident İlham Əliyevin tapşırığı ilə əkinə yararlı olan və ehtiyatda olan torpaqların meydana çıxarılması haqqında tapşırıqlar verilib, sərəncamlar imzalanıb. 2008-ci ildən inkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyi böhranı hökm sürür. Prezident tərəfindən həyata keçirilən siyasət nəticəsində bu böhran Azərbaycandan yan keçib. Ona görə çalışırıq ki, əkinə yararlı torpaqlar yalnız əkin üçün istifadə olunsun. Hər rayonda bu problemə rast gəlinib. Bununla bağlı konkret say demək çox çətindir”.