Bank Of Baku

Azərbaycanda elektron kənd təsərrüfatının subsidiyaya dair informasiya sistemi yaradılır

Azərbaycanda elektron kənd təsərrüfatının subsidiyaya dair informasiya sistemi yaradılır
# 03 oktyabr 2014 10:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması xidmətlərinin satınalınması məqsədi ilə açıq tender elan edir.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tenderdə proqram təminatının tərtibi, tətbiqi və idarə edilməsi, rəqəmsal məkan məlumat bazasının yaradılması və inteqrasiyası, GİS proqram təminatının hazırlanması və tətbiqi, İnteqrasiya edilmiş İdarəetmə və Nəzarət Sisteminin (İACS) prinsiplərinə əsaslanan informasiya sistemlərinin yaradılması və bu sahələrdə təcrübəli mütəxəssislərə malik olan hüquqi şəxslər iştirak edə bilərlər.

 

İddiaçılar Azərbaycan dilində tərtib olunmuş (texniki tapşırığın ingilis dilində tərcüməsi mövcuddur) tenderin əsas şərtlər toplusunu Kənd Təsərrüfatı Nazirliyinə tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və nazirliyin göstərilən hesabına iştirak haqqı kimi 500 manat məbləğində geri qaytarılmayan vəsaiti ödədikdən sonra Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 ünvanından əldə edə bilərlər.

 

Seçim iddiaçıların texniki və maliyyə təkliflərinin qiymətləndirilməs üsulu ilə aparılacaq.

 

Tenderin şərtlərinə əsasən, təkliflərin son təqdim etmə tarixi bu ilin dekabrın 3-ü, saat 16:00 göstərilib.

 

Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR