Bank Of Baku

Azərbaycanda Ərzaq və Qidalanma üzrə İnformasiya Sisteminin və Portalı yaradıla bilər

Azərbaycanda Ərzaq və Qidalanma üzrə İnformasiya Sisteminin və Portalı yaradıla bilər
# 04 iyun 2014 09:04 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə “Azərbaycanda Ərzaq və Qidalanma Təhlükəsizliyi üzrə İnformasiya Sisteminin yaradılması”na həsr olunan seminar keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, seminar Azərbaycan prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında nəzərdə tutulan ölkədə aqrar-sənaye kompleksinin inkişafı strategiyasının formalaşdırılması və ərzaq təhlükəsizliyi statistikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi nəzərdə tutulub.

 

Tədbirdə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin nümayəndəsi, FAO-nun ekspertləri, QHT və özəl sektorun nümayəndələri iştirak edib.

 

Seminarın məqsədi milli ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən, dövlət, özəl və qeyri-hökumət sektoruna aid olan təşkilatlar arasında  qarşılıqlı informasiya mübadiləsi mexanizminin qiymətləndirilməsi, ərzaq təhlükəsizliyi və qidalanma üzrə vahid strategiyanın formalaşdırılmasında aidiyyəti qurumların rolunun artırılması, onlar arasında əlaqələrin gücləndirilməsi imkanlarının müəyyən edilməsindən ibarət olub.

 

İ.Quliyev ölkənin aqrar sektorunda, o cümlədən ərzaq təhlükəsizliyi və qidalanma sahəsində dolğun və etibarlı məlumatların əldə olunması, sistemləşdirilməsi, təhlili və əsaslandırılmış təkliflərin hazırlanması, informasiya bazasının formalaşdırılması, nazirliklə digər dövlət orqanları arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsinin gündəmdə duran mühüm prioritetlərdən olduğunu bildirib. Qeyd olunan məsələlərin həlli məqsədilə FAO tərəfindən təklif edilən və bütünlükdə ölkəni əhatə edəcək Ərzaq və Qidalanma üzrə İnformasiya Sisteminin və Portalının yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb.

 

Seminarda FAO tərəfindən təqdimatlar edilib, mövzu ətrafında qarşılıqlı anlaşma şəraitində ətraflı müzakirələr aparılıb, ölkədə ərzaq və qidalanma təhlükəsizliyi üzrə informasiya sisteminin yaradılması istiqamətində növbəti addımlar ətrafında razılığa gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR