Bank Of Baku

Azərbaycanda fermerlərin maliyyələşdirilməsində iştirak edəcək zəmanət fondunun yaradılması nəzərdə tutulur

Azərbaycanda fermerlərin maliyyələşdirilməsində iştirak edəcək zəmanət fondunun yaradılması nəzərdə tutulur
# 06 noyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Azərbaycanda fermerlərin maliyyələşdirilməsində iştirak edəcək zəmanət fondunun yaradılması nəzərdə tutulur.

 

APA-Economics” xəbər verir ki, bunu “Vergilər” qəzetinə müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

 

“Hazırda Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kredit Agentliyi mülkiyyətçilərə güzəştli kreditlər verir. Amma kommersiya bankları onlara kredit vermək istəmir. Kəndlinin torpaqdan başqa elə bir qiymətli əmlakı yoxdur, banklar isə onu girov kimi qəbul etmək istəmir. Ona görə də kommersiya xarakterli maliyyələşmə ilə bağlı mexanizm tapılmalıdır”, - deyə millət vəkili bildirib.

 

E. İbrahimov qeyd edib ki, bununla əlaqədar zəmanət fondunun yaradılması nəzərdə tutulur: “Fond torpağı girov kimi qəbul edəcək, fermer krediti qaytara bilmədikdə fond torpağa sahib olacaq. Bank məsələsinə gəlincə, bu, müsbət addım olardı. Hazırda kənd təsərrüfatı mülkiyyətçiləri üçün bank olmayan kredit təşkilatı “Aqrarkredit” fəaliyyət göstərir. Onun bazasında ixtisaslaşmış bank yaratmaq mümkün ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR