Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksləri açıqlanıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksləri açıqlanıb
# 16 dekabr 2014 09:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksləri açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin noyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7% bahalaşıb.

 

Bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 4,8 və 2,6% bahalaşıb.

 

“Ay ərzində əvvəlki ayla müqayisədə balıq və sair balıqçılıq məhsulları üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb. Bundan başqa, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə isə dəyişiklik müşahidə olunmayıb”, - deyə komitənin məlumatında qeyd edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR