Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 3% azalıb

Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 3% azalıb
# 18 noyabr 2014 10:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2 361,8 min ton taxıl, 819,3 min ton kartof, 1 167,9 min ton tərəvəz, 701,0 min ton meyvə və giləmeyvə , 440,8 min ton bostan məhsulları, 137,5 min ton üzüm, 2,7 min ton tütün, 82,5 min ton şəkər çuğunduru, 436,2 ton yaşıl çay yarpağı, 34,9 min ton pambıq toplanıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə günəbaxan istehsalı 12,1%, pambıq istehsalı 10,9%, bostan məhsulları istehsalı 2,6%, meyvə və giləmeyvə istehsalı 1,4% və üzüm istehsalı 0,2% artıb.

 

Dənli və dənli paxlalılar istehsalı 19,6%, kartof istehsalı 17,4%, tərəvəz istehsalı 2,0%, şəkər çuğunduru istehsalı 5,2%, tütün istehsalı 16,9 və çay istehsalı 20,7% azalıb.

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 378,3 min ton ət, 1 566,1 min ton süd, 1 299,4 mln. ədəd yumurta və 16,5 min ton yun istehsal olunub. 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5%, süd istehsalı 3,8% yumurta istehsalı 12,0%, yun istehsalı 1,8% artıb.

 

Beləliklə, kənd təsərrüfatının ümumi məhsulu 3,0%, o cümlədən bitkiçilik məhsulları istehsalı 8,1% azalıb, heyvandarlıq məhsulları isə 3,1% ötən ilki səviyyədən yüksək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR