Bank Of Baku

Azərbaycanda tütün məmulatlarının qiymətinin artırılacağı gözlənilir

Azərbaycanda tütün məmulatlarının qiymətinin artırılacağı gözlənilir
# 13 yanvar 2015 09:25 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanda tütün məmulatlarının qiymətinin artacağı gözlənilir.

 

Bunu “APA-Economics”ə tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olan satıcılar bildirib.

 

Onların sözlərinə görə, tütün məmulatlarının qiymətlərinin yaxın 2-3 gün ərzində artacağı gözlənilir: “Qiymətlərin artmasına əsas səbəblərdən biri aksizlərin bahalaşmasıdır.  Bundan başqa, siqaretin bahalaşması ölkədə yanacağın qiymətinin artması ilə də bağlıdır. Benzin və yanacağın qiymətinin artması daşınma xərclərini də artırır. Məhz bu səbəbdən demək olar ki, bütün siqaretlərin qiyməti 30-40 qəpik artacaq”.

 

Xatırladaq ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 4 manat aksiz dərəcəsinin tətbiqinə başlanılıb.

 

Qeyd edək ki, fiziki şəxsin fərdi istehlakı üçün üç litr alkoqollu içkinin və 600 ədəd siqaretin idxalı, həmçinin Azərbaycana avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq aksiz dərəcəsindən azaddır.

 

Yanvarın 12-si Azərbaycan Tarif Şurasının növbəti iclası keçirilib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Tarif Şurası bildirib ki, yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

 

Qərar bu il yanvarın 13-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR