Bank Of Baku

Azərbaycanda üzüm tinglərinin istehsalını Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu təşkil edəcək

Azərbaycanda üzüm tinglərinin istehsalını Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu təşkil edəcək
# 01 may 2015 09:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda üzüm tinglərinin istehsalı Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçiriləcək.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında əksini tapıb.

 

Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 3 təsərrüfat hesablı müəssisənin statusu dəyişib. Ağstafa rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şamaxı rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cəlilabad rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR