Bank Of Baku

Azərbaycanın Baytarlıq Laboratoriyası beynəlxalq standartlara uyğunlaşdırılır - VİDEO

Azərbaycanın Baytarlıq Laboratoriyası beynəlxalq standartlara uyğunlaşdırılır - <span style="color: red;">VİDEO
# 13 mart 2014 09:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Respublika Baytarlıq Laboratoriyası ISO/ICO 17025 standartlarına uyğun akkreditasiyadan keçmək ərəfəsindədir. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev «Heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair milli seminar»da çıxışı zamanı deyib.

 

O bildirib ki, heyvan xəstəliklərinin diaqnostikası sahəsində də böyük irəliləyişlər var: «Beynəlxalq təşkilatların texniki və maliyyə dəstəyi ilə baytarlıq laboratoriyalarının maddi-texniki bazası əvvəlki illərlə müqayisədə xeyli möhkəmləndirilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticələri dünyada fəaliyyət göstərən referens laboratoriyalarında müqayisəli müayinələr zamanı təsdiqlənir. Eyni zamanda Beynəlxalq Epizotik Büronun (BEB) tövsiyəsi əsasında özəl baytarlıq sisteminə keçid istiqamətində müvafiq işlər aparılır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR