Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya, Qazaxıstan və Belarus tərəfindən yaradılan Gömrük İttifaqının auditorları Azərbaycanın dörd iri istehsal müəssisəndə yoxlamalar aparıb.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlamalar müsbət nəticə verib və həmin şirkətlərin adları Gömrük İttifaqı ərazisində məhsulların satışına icazə verən müvafiq reyestrə daxil edilib.
Həmin şirkətlər “Atena”, “Milk-Pro”, “Ucar Aqro” və “AZFP CO LTD”-dir.