Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun nümayəndələri ilə görüşüb - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun nümayəndələri ilə görüşüb - <span style="color: red;">FOTO
# 19 dekabr 2013 07:17 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov FAO-nun Desentralizasiyaya Dəstək Ofisinin işçisi Simone Borelli və FAO-nun Siyasət və Proqramlara Dəstək Bölməsinin əməkdaşı Nadin Valla ilə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi FAO-nun Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması ilə bağlı fikir mübadiləsinin aparılması və tərəflərin öhdəliklərinin müzakirəsi olub.

 

Nazir Heydər Əsədov FAO nümayəndələrini salamlayaraq, FAO-nun indiyədək Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihə və proqramlarının ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və kənd təsərrüfatının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib və gələcəkdə FAO ilə əməkdaşlığın yeni formatda və daha intensiv qaydada həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nazir beynəlxalq təcrübənin və nou-haunun Azərbaycana ötürülməsində FAO-nun mühüm rol oynaya biləcəyini deyib.

 

FAO nümayəndələri əməkdaşlığın yeni müstəvidə davam etdirilməsinə və təşkilatın Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ehtiyaclarının qarşılanmasına daha yaxından cəlb olunmasına hazır olduğunu diqqətə çatdırıb, həmçinin Azərbaycanın FAO tərəfindən yeni tərəfdaş kimi nəzərdən keçirildiyini bildiriblər.

 

Daha sonra tərəflər FAO-nun Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması ilə bağlı öhdəlikləri və texniki təfsilatları müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR