Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) baş direktoru Mahmud Solh və İCARDA-nın Himayədarlar Şurasının sədri Kamilla Tulmin ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, H.Əsədov Azərbaycan ilə İCA
Himayədarlar Şurasının sədri K.Tulmin təmsil etdiyi Şuranın adından tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə öz təşəkkürünü bildirib. O, Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini, bu əlaqələrin 15 ildir ki, kiçik sahələrdən böyük sahələrə qədər əhatə etdiyini və Bakı bəyannaməsinin qəbul olunmasını nazirin diqqətinə çatdırıb.
Baş direktor M.Solh Azərbaycan ilə əməkdaşlığın əsasını bir sıra sahələr, xüsusən seleksiya, genetika, torpaqların deqredasiyası, əkinçilikdə “sıfır” becərmənin tətbiqi kimi sahələri əhatə etdiyini bildirib, bu görüşdən sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib.
Baş direktor Bakı bəyannaməsində kənd təsərrüfatının müxtəlif sahələri - bitkiçilik, heyvandarlıq, seleksiya, toxumçuluq, yem istehsalı üzrə proqramlara maliyyə dəstəyi veriləcəyini bildirib.
H.Əsədov İCARDA ilə əməkdaşlığa bundan sonra yeni bir impuls verəcəyini və bu əməkdaşlıq üçün lazımi şəraitin yaradılacağını nəzərə çatdırıb.