Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün "Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tap imzalayıblar.