Bank Of Baku

Bakıda “Heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması” mövzusunda seminar keçirilib - FOTO

Bakıda “Heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması” mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTO
# 11 mart 2014 14:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Avropa Komissiyasının və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının İnformasiya Mübadiləsi Alətinin Texniki Dəstəyi (TAİEX) proqramı çərçivəsində “Heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması” mövzusunda seminar keçirilib.

 

Dövlət Baytarlıq Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, toplantının məqsədi heyvanların daşınma, öldürülmə və ya kəsim zamanı heyvanların ağrılardan və əziyyətlərdən qaça bilmələrinə zəmanət verən, heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə Avropa Birliyinin hazırkı qanunvericiliyi ilə ilkin tanışlıqdan ibarətdir.

 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, BEB, FAO, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Xidmətinin və dəvət edilmiş digər nümayəndələr seminarın gündəliyinə çıxarılan məsələlərin əhəmiyyətindən danışılıb, təqdimatlar keçirilib və müzakirələr aparılıb. Toplantıda vurğulanıb ki, heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə BEB-in standartları və onların tətbiq edilməsini dəstəkləmək üçün imkanların yaradılması vasitələrinə diqqət yönəldilməli, heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılmasının stimullaşdırılmasında baytarlıq mütəxəssislərinin rolu artırılmalı, kəsimdən öncə heyvanlarla davranma, heyvanların bəslənilməsi istiqamətində bacarıqların artırılmasına və bu sahədə tədris və təlim işlərinə diqqət yetirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR