Bank Of Baku

Bakıda Azərbaycanın iqtisadi və inzibati rayonların kənd təsərrüfatı istehsalı üzrə ixtisaslaşması mövzusunda dəyirmi masa keçirilib

Bakıda Azərbaycanın iqtisadi və inzibati rayonların kənd təsərrüfatı istehsalı üzrə ixtisaslaşması mövzusunda dəyirmi masa keçirilib
# 24 dekabr 2013 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda «Azərbaycanda iqtisadi və inzibati rayonların kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması – zərurət və səmərəlik» mövzusunda dəyirmi masa keçirilib.


«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı aqrar sahə üzrə rayonların ixtisaslaşmasına dair İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıqlar verib.


Onun sözlərinə görə, bu dəyirmi masa da məhz həmin tapşırıqların icrası istiqamətində görülmüş işlərlə bağlı keçirilir: «İnstitutun mütəxəssisləri tərəfindən kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübə öyrənilib. Ölkənin iqtisadi və inzibati rayonlarının təbii-iqlim xüsusiyyətləri, statistik göstəriciləri nəzərə alınmaqla xüsusi işlənilmiş metodika əsasında bölgələrin kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmasını özündə əks etdirən hesabat hazırlanıb. Bu hesabat «İqtisadi və inzibati rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması» adlanır».


V.Vəliyev qeyd edib ki, hesabatda hər bir iqtisadi və inzibati rayon üzrə kənd təsərrüfatı sahəsində məhsulların ixtisaslaşma səviyyəsi öyrənilib: «Burada üstünlük dərəcələri prioritetləşib və müvafiq təkliflər öz əksini tapıb».


Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elmi Mərkəzinin direktoru Əsəd Musayev də çıxış edərək Azərbaycanda aqrar sahədə iqtisadi və inzibati rayonlar üzrə ixtisaslaşmanın aparılmasının vacibliyini vurğulayıb. O, bu sahədə aparılan tədqiqatlar, torpaqların quruluşu və onların ixtisaslaşmadakı rolu barədə danışıb, bu sahədə ixtisaslaşmanın aparılmasına dair öz təklif və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR