Bank Of Baku

Balakəndə 5 mindən yuxarı cücə istehsalı gücünə inkubator istifadəyə verilib

Balakəndə 5 mindən yuxarı cücə istehsalı gücünə inkubator istifadəyə verilib
# 06 may 2014 20:01 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə 5 mindən yuxarı cücə istehsalı  gücünə inkubator istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonda quşçuluğun  inkişaf etdirilməsi məqsədi ilə rayonun Qaysa kəndində yeni tikilən inkubator  Balakən rayon İcra Hakimiyyətinin təşəbbüsü və İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilib. 


Ümumi sahəsi 140 kv/m olan inkubator sexinin daxilində bir dəfəyə 5120 cücə istehsal edən, hər birinin 1280 yumurta tutumu olan 4 inkubator şkafı quraşdırılıb. İnkubator sexini daim elektrik enerjisi ilə təmin etmək üçün elektrik generatoru ilə təmin edilib. 


Yeni inkubator sexinin istifadəyə verilməsi ilə təşkil edilən açılış mərasimində Balakən RİH-nin başçısı İslam Rzayev, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, müvafiq təşkilat nümayəndələri və rayon sakinləri iştirak edib. Mərasimdə vurğulanıb ki, rayon mərkəzindən 19 km məsafədə yerləşən Qaysa və ətraf  kəndlərdə quşçuluğun inkişaf etdirilməsinə münbit şərait olmasına baxmayaraq inkubator sexinin olmaması müəyyən çətinliklər yaradırdı. Belə ki, sakinlər cücə almaq üçün rayon mərkəzinə və yaxud Zaqatala rayonuna getməli olurdular. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR