Bank Of Baku

Biləsuvarda çiyid səpininə başlanıb - FOTO

Biləsuvarda çiyid səpininə başlanıb - <span style="color: red;">FOTO
# 23 aprel 2014 19:58 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, çiyid səpilən  torpaq  sahələri qabaqcadan xüsusi texnika vasitəsi malalanaraq hazır vəziyyətə gətirilib.

 

Pambıq sahələrindəki bütün becərmə işlərinə çəkilən xərcin sifarişçi tərəfindən ödənilməsi fermerlerdə bu işə marağın artmasına səbəb olub. Toxumlar xüsusi qaydada dərmanlanaraq texnika vasitəsi ilə sahələrə səpilir. Səpin zamanı əl əməyindən demək olar ki, istifadə olunmur.  Əkin başa çatandan bir həftə sonra isə becərmə işlərinə başlanacaq.

 

Qeyd edək  ki,  bu il Biləsuvar rayonunda 4604 hektar sahədə  pambıq əkininin keçirilməsi nəzərdə tutulub. Xaricdən gətirilən toxumların məhsuldarlığı əksər hallarda aşağı olduğundan  fermerlər daha çox yerli toxumlardan  “Maraş” və “Ağ qızıl” sortlarının əkininə üstünlük verirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR