Bank Of Baku

BMT Azərbaycanla kartofçuluq sahəsində yeni layihənin icrasına başlayıb

BMT Azərbaycanla kartofçuluq sahəsində yeni layihənin icrasına başlayıb
# 06 may 2014 13:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əməkdaşlıq çərçivəsində Azərbaycanda pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsinə həsr olunmuş Milli Seminar keçirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Milli Məclis, bir çox əlaqədar nazirliklər, QHT və firmaların nümayəndələri, FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycandakı nümayəndəsi iştirak edib.

 

Seminarın məqsədi FAO tərəfindən 2013-cü ildə Azərbaycanda əkinçilik sistemlərində mövcud bitki mühafizəsi vəziyyəti və İnnovativ Məhsul Strategiyalarının İşlənməsi və Qiymətləndirilməsi Sistemi (DEXİPM) modelindən istifadə etməklə, onların davamlılığı, pestisidlərin həyat tsiklinin qiymətləndirilməsini, zərərvericilərin kompleks idarə edilməsi və yüksək təhlükəli pestisidlər üzrə aparılmış tədqiqatların nəticələrini təqdim etmək və eləcə də ölkədə pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsi ilə bağlı digər məsələlərin müzakirəsi olub.

 

Tədbirdə FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisi tərəfindən bölgədəki ölkələrin hökumətləri ilə, o cümlədən Azərbaycan hökuməti ilə zərərvericilərin, pestisidlərin idarə edilməsi, köhnəlmiş pestisidlərin zərərsizləşdirilməsi sahəsində mövcud sıx əməkdaşlıqdan, bu istiqamətdə FAO tərəfindən ölkədə həyata keçirilmiş və icrası davam edən layihələr barədə məlumat verilib. Seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərar qəbul olunub.

 

Tədbir çərçivəsində həmçinin kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə Subregional Koordinatoru Mustafa Sinaser ilə görüşüb. Görüşün məqsədi Azərbaycan Hökuməti ilə FAO arasında “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun inkişaf etdirilməsi” layihəsi ilə bağlı müqavilənin imzalanması olub.

 

Layihə yeni sortların sınaqdan keçirilməsi və nümayiş etdirilməsi, həmçinin toxum istehsalı üzrə milli sertifikatlaşdırma sisteminin təşkil edilməsi üçün texniki yardım göstərəcək. Layihə eyni zamanda təlimlərin keçirilməsi ilə virusların müəyyən edilməsi və kartof patologiyasının öyrənilməsi üzrə milli bacarıqların inkişaf etdirilməsinə xidmət edəcək. Fermer üçün əsaslı toxumçuluq sxemi təşkil ediləcək. Layihənin icra müddəti 2 ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR