Bakı. Aynur Əliyeva - APA-Economics. Cari ilin fevral ayından etibarən Azərbaycanda əkin sahələrinin hər hektarına 300 kq mineral gübrə verilməsinə başlanılıb.
“APA-Economics”in məlumatına görə, ölkədəki tələbatı ödəmək məqsədilə bu il ölkəyə daha 10 min ton azot gübrəsi gətiriləcək.
Qeyd edək ki, Azərbaycana mineral gübrələri əsasən Rusiya və Qazaxıstandan gətirilir. Qarışıq tərkibli gübrələr isə İsrail, Belçika, İsveçdən alınır.
Azərbaycanda aprelin ayının birinci ongünlüyündən başlayaraq ölkənin Aran bölgələrində yaz əkinlərinə başlanır. Aprelin ortalarında isə əkin kampaniyası respublikanın hər yerində kütləvi xarakter alır.