Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 325,3 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 7 ayı ilə müqayisədə 31,23% çoxdur. Nəticədə bu ilin avqust ayının 1-nə 67 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 53,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73,91% azdır. Nəticədə bu ilin avqustun 1-nə 5,7 kq hazır məhsul ehtiyatı yaranıb.