Bank Of Baku

Bu ilin sonuna qədər Azərbaycanda 9 quşçuluq müəssisəsi açılacaq

Bu ilin sonuna qədər Azərbaycanda 9 quşçuluq müəssisəsi açılacaq
# 10 oktyabr 2014 11:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə Azərbaycanda quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin  293 investisiya layihəsinin maliyyələşdirilməsinə 116,7 mln. manat vəsait ayrılıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan, illik istehsal gücü 95 mln. ədəd damazlıq yumurta, 57,9 min ton quş əti və 156,7 mln. ədəd əmtəəlik yumurta olan 39 layihənin maliyyələşdirilməsinə 108,5 mln. manat güzəştli kredit verilib.

 

Belə ki, maliyyələşdirilmiş müəssisələrdən illik istehsal gücü 59 mln. ədəd damazlıq yumurta, 38,1 min ton quş əti və 154,9 mln. ədəd əmtəəlik yumurta olan 30 müəssisə istifadəyə verilib, illik istehsal gücü 36 mln. ədəd damazlıq yumurta, 19,8 min ton quş əti və 1,8 mln. ədəd əmtəəlik yumurta olan 9 müəssisənin isə bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

 

Verilmiş güzəştli kreditlər hesabına respublikada mövcud olan quşçuluq təsərrüfatlarının ümumi istehsal gücü quş əti üzrə 127,5 min tona, əmtəəlik yumurta üzrə isə 1,1 mlrd. ədədə çatdırılıb.

 

Bu ilin 9 ayı ərzində sənaye üsulu ilə quş əti istehsalı 2013-cü ilin 9 ayı (36.6 min ton) ilə müqayisədə 25,7% artaraq 46 min ton təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR