2015-ci ildə Azərbaycanda aşkarlanan yararsız ət və ət məhsulları əvvəlki ildən 2 dəfə çox olub

2015-ci ildə Azərbaycanda aşkarlanan yararsız ət və ət məhsulları əvvəlki ildən 2 dəfə çox olub
# 22 yanvar 2016 08:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “2015-ci ildə ölkə ərazisində aşkarlanmış yararsız ətin miqdarı 2014-cü illə müqayisədə 2 dəfədən çoxdur”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) sektor müdiri Ramiz Salmanov deyib. O bildirib ki, ərzaq təhlükəsizliyi ilə əlaqədar mütəmadi olaraq bazarlarda, kəsim məntəqələrində, satış yerlərində Dövlət Baytarlıq Nəzarəti həyata keçirilir: “2015-ci ildə heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə ticarət bazarlarında fəaliyyət göstərən ekspertiza laboratoriyaları tərəfindən aparılan müayinələr nəticəsində 7 173 kq müxtəlif növ heyvan və quş əti, bura iri və xırda buynuzlu heyvan, donuz, quş əti daxildir, habelə 15 500 kq-dan artıq iri və xırda buynuzlu heyvanların daxili orqanları, 2050 kq-dan artıq balıq, 4407 süd və süd məhsulları, 8500 kq-dan yuxarı isə toyuq yumurtasının insan qidası üçün yararsız olması müəyyən edilərək baytarlıq qanunvericiliyinə uyğun məhv edilib”.

Sektor müdiri əlavə edib ki, DBNX-nın keçirdiyi reydlər nəticəsində ötən il Abşeron rayonunda 23,1 ton toyuq budu aşkarlanıb: “23,1 ton toyuq budunda müxtəlif bakterioloji çirklənmə əmələ gəldiyi, insan qidası üçün yarasız olması müəyyənləşdirilib və müvafiq qaydada məhv edilib. Eyni zamanda, Bərdə şəhərində aqoniya vəziyyətində kəsilmiş 25 tona yaxın mənşəyi məlum olmayan, yararlılığı şübhə doğuran ət aşkar edilib. 25 ton ətin hətta heyvan qidası üçün yarasız olması müəyyən edilib və müvafiq qaydada məhv edilib”.

R. Salmanov qeyd edib ki, ötən il baytarlıq qanunvericiliyinin pozulması halları da müəyyən olunub: “2015-ci ildə 1134 protokol tərtib edilib, 13 371 manat məbləğində cərimələr tətbiq olunub. Cərimələri ödəməyənlərlə bağlı isə hüquq-mühafizə orqanlarına müraciət olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR